Suallar

DİPLOMAT endirim kartı mənə nə verir?

    Şəbəkədaxili müəssisələrdə 50%-dək güzəştlər.

DİPLOMAT kartının üstünlükləri?

  • Yaş və səhhətinizdən asılı olmayaraq proqrama qoşulmaq imkanı
  • Endirimli qiymətlərdən dərhal yararlanma
  • Şəbəkədaxili müəssisələrə müraciət üçün göndəriş (icazə) tələb olunmur
  • Tibbi xidmətlərə və xərclərə məhdudiyyət yoxdur
  • Müəssisələrə müraciətlərin sayına məhdudiyyət yoxdur
  • Kartın əldə olunması prosedurunun maksimal dərəcədə sadə olması
  • Şəbəkədaxili müəssisələrin yenilikləri və qiymət cədvəlləri ilə saytımızda tanışlıq imkanı

GÜZƏŞTLƏR hansı xidmətlərə şamil edilir?

  • Dərman vasitələrinin alışı
  • Ambulans xidməti (təcili yardım çağırışı)
  • Cərrahi əməliyyatlar
  • Stasionar müalicə
  • Laborator müayinələr
  • Funksional diaqnostika (USM, rentgen, kompyuter tomografiyası, NMR, endoskopiya və s.)
  • Fizioterapiya
  • Doğuşa yardım
  • Stomatoloji xidmətlər
  • Eynəklərin sifarişi
  • Vaksinasiya (peyvəndlər)
  • Gigiyena vasitələrinin alışı (pampers, tampon və s.)
  • Uşaq qidasının alışı
  • Plastik cərrahiyyə
  • Kosmetoloji xidmətler
  • Shəkərin təyini üçün apparat və striplərin alışı
  • Xarici səfərlərin tibbi sığortası
  • Fitness və İdman məşğələləri
  • və s.

Kartın aktivləşməsi üçün nə qədər vaxt lazımdır?

    Kart əldə edilən andan aktivdir və istifadə oluna bilər. Şəbəkədaxili müəssisələrdə artıq başlamış stasionar müalicə və ya cərrahi əməliyyat zamanı əldə edilən kartın güzəştləri həmin xidmətlər üçün tətbiq olunmur.

Kartın etibarlılıq müddəti nə qədərdir?

    Kart 1 il ərzində etibarlıdır.

Kartdan kim istifadə edə bilər?

    Sizin endirim kartınız yalnız Sizin üçün nəzərdə tutulub və onun təmin etdiyi güzəştlərdən yalnız Siz yararlana bilərsiniz. Endirim kartı heç zaman digar şəxsə ötürülə bilməz.

Şəbəkədaxili müəssisələrin siyahısı ilə necə tanış olmaq olar?

    Şəbəkədaxili müəssisələrin daima tamamlanan və yenilənən siyahısı ilə www.tibbisefirlik.az saytında tanış ola bilərsiniz. Saytımızda həmçinin şəbəkədaxili müəssisələrin qiymət cədvəlləri və yenilikləri öz əksini tapır.

Kartdan istifadə qaydası necədir?

    Siyahımızda göstərilən istənilən müəssisədə güzəştlərdən faydalanmaq üçün şəxsiyyətinizi təsdiqləyən şəkilli sənəd və Diplomat endirim kartını təqdim etməniz mütləqdir. İstənilən müqabil müəssisələrə müraciətdən öncə seçdiyiniz müəssisənin telefonlarına birbaşa zəng etməniz tövsiyə olunur.

Problem yarandıqda nə etməli?

    Hansı müəssisədə DİPLOMAT endirim kartı təmin edən güzəştlərin təminatında problem yarandıqda bizim saytımız vasitəsilə və ya (050) 204 12 16 telefon vasitəsi ilə əlaqə saxlayın.